Hollivud ulduzu Dueyn Conson ardıcıl olaraq ikinci il dünyanın ən çox qazanan aktyoru olub.

Axşam.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Bildirilib ki, Conson 1 iyun 2019 - 1 iyun 2020-ci il tarixinə qədər 87,5 milyon dollar pul qazanıb. Bu, aktyorun ötən il əldə etdiyi gəlirdən 1,9 milyon dollar azdır.

İkinci yerdə 71,5 milyon dollarla aktyor Rayan Reynolds, üçüncü yerdə isə 58 milyon dollarla Mark Uolberq qərarlaşıb.

Siyahıda Ben Afflek, Vin Dizel, Lin-Manuel Miranda kimi ulduzlar da var.



Xəbər lenti