Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 61 716 şübhəli koronavirus testindən keçib, onlardan 1183-nün  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 617 nəfər olub, 1185 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 243 180  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5873  nəfər ölüb.



Xəbər lenti