Son günlər medianın gündəmini müğənnilərin qalmaqalından, layihələrindən çox boşanma xəbərləri zəbt edib. Özü də bloqqer kimi tanınan məşhur simaların ayrılığı...

Axşam.az son günlər hamını təəccübləndirən üç boşanma xəbərini təqdim edir:

Müğənni Samir Piriyevin illərdir ailəli olduğu Anaradan ayrılması bir çoxlarını təəccübləndirib və məyus edib. Ayrılığa səbəb xəyanət olub. Belə ki, Samirin sevgilisi onun evinə gələrək həyat yoldaşı Anaraya hücum edib. Onun bu addımının səbəbi bəlli olmasa da, Anara boşanma qərarı verib. O bildirib ki, ayrılığın səbəbi bu hadisə yox, 10 ildir susduğu digər məsələlərdir.

 

Bir neçə gün əvvəl isə dəbdəbəli toyları ilə 3 ilə yaxındır gündəmdən düşməyən Aysel Şükürova və Oqtay Əhmədovun ayrılıq xəbəri yayılıb. İllərdir bir-birinə bahalı hədiyyələrlə, gül dəstələri ilə İnstaqramı bəzəyən cütlüyün qəfildən belə addım atması hamını təəccübləndirib. 1,1 milyonluq səhifəsi olan bloqqer Aysel ərinin ona xəyanət etdiyini iddia edib. 

 

Ötən gün isə Əməkdar artist Aybəniz Haşımovanın bloqqer qızı Aynişan Quliyevanın idmançı əri Kənandan ayrıldığı məlum oldu. Aynişan və Kənan bir gecənin içində İnstaqramdan bir-birinə aid olan bütün fotoları silib. Eyni zamanda A.Haşımova da kürəkəninin yer aldığı paylaşımlarını səhifəsindən qaldırıb. Fevralda nikah masasına oturan, aylarla sevgiləri haqda ağızdolusu danışan sevgililər məsələ haqqında açıqlama verməsə də, xəbərləri inkar etməyiblər.

Kənan isə yayılan xəbərlərdən sonra "Başını ağrıtma lazımsız yerə. Səni ancaq gördükləri qədər anlayacaqlar. Gördükləri isə öz anladıqları qədər olacaq" paylaşımını edib. İddiaya görə ayrılığa qısqanclıq səbəb olub. Amma kimin kimi qısqandığı bəlli deyil.

 



Xəbər lenti