Bakı küçələrində sərbəst hərəkəti təmin etmək üçün avtobus zolaqlarının sayı artırılacaq.

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, son yumşaldılmadan sonra yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi əhəmiyyətli dərəcədə çoxalıb. Bu da öz növbəsində pik saatlarda sıxlıqların yaranmasına səbəb olur. Bu zolaqlara digər avtomobillərin girib zəbt etməməsinə ciddi nəzarət ediləcək.

Bakıda avtobusların hərəkət edəcəyi zolaqların sayı artırılacaq.

Bu barədə məlumatı Nəqliyyat Axının İdarə olunması və Təhlili şöbəsinin müdri Tərlan Səfərov deyib. Onun sözlərinə görə, görülən tədbirlərə baxmayaraq avtobusların şəhərin küçələrində sərbəst hərəkətində problemlər var və bu da sərnişinlərin normal daşınmasına mane olur.

Mövzu ilə bağlı reportajı təqdim edirik:



Xəbər lenti