Dünya şöhrətli aktyor Antonio Banderas koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, bu barədə aktyor İnstaqram hesabında məlumat verib:

“Bu gün avqustun 10-dur. Doğum günümü koronavirus testimin cavabı müsbət çıxdığına görə karantində keçirməli olacağam. Özümü pis hiss etmirəm. Ümid edirəm ki, tezliklə sağalacağam”.

Qeyd edək ki, COVİD-19 virusuna Mel Gibson, Tom Henks, İdris Elba, Ayşvariya Ray kimi məşhurlar da yoluxmuşdu.



Xəbər lenti