Külək əsəcək, yağış yağacaq

Külək əsəcək, yağış yağacaq
2772 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda avqustun 10-na olan hava proqnozu açıqlanıb.

Axşam.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  30-35, Bakıda  gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

10 avqustda Azərbaycanın rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə  isti olacaq.