Dünyada koronavirusa yoluxanların sayı 20 milyona yaxınlaşır

Dünyada koronavirusa yoluxanların sayı 20 milyona yaxınlaşır
585 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyada koronavirusa yoluxma hallarının sayı son sutkada 19,5 milyonu ötüb.

Axşam.az xəbər verir ki, bu barədə Amerikanın Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, hazırda dünyada 19 milyon 571 min 989 nəfər COVİD-19-a yoluxub. İnfeksiya planetin 188 ölkəsində yayılıb. Sutka ərzində daha 265 min nəfərdə virus aşkarlanıb.

Pandemiyadan indiyə qədər 725 min 914 nəfər vəfat edib, 11,8 milyondan çox insan isə sağalıb.