"Fatimə karantində partladır, çatlayın"

"Fatimə karantində partladır, çatlayın"
4226 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva ünvanına yazılan tənqidlərə cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi İnstaqramda canlı yayımda biznesindən söz açıb. İnsanlar isə onu tənqid atəşinə tutaraq, çoxlarının imkansızlığından şikayətləniblər.

"Deyirlər, Fatimə karantində partladır. Məni sevmiyənlər çatdasın. Yaradıcı insanam, karantində toy, xına yoxdursa, acından ölməyəcəm ki...

Yenə başladınız? Nə edim, işimdir, danışmayım? Bu mənim işimdir axı. Yer açmayım? Niyə belə aqresivsiniz? İndi heç kim acından ölmür. Biz hər şeyi düşünürük".