"Məscidləri aça bilmərik"

"Məscidləri aça bilmərik"
1123 dəfə oxunub
  • A-
  • A
  • A+

"Təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur".

Axşam.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu il xüsusi ildir:

"Bu gün əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik".