İrina Şeykdən sevgi etirafı - Foto

İrina Şeykdən sevgi etirafı -  Foto
2349 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur model İrina Şeyk sosial şəbəkədə dizayner Rikardo Tişi ilə fotosunu paylaşaraq ona sevgi etirafı edib.

Axşam.az xəbər verir ki, qucaqlaşdıqları şəkli izləyiciləri üçün yayımlayan model Rikardonu ad günü münasibəti ilə təbrik edib:

“Özəl bir insan üçün özəl bir gün. Mənim sevgilim, ad günün mübarək. Səninlə xoşbəxtlik, əyləncə və gülüş arzulayıram. Bizi birləşdirən inanılmaz xatirələrin sayını hesablaya bilmirəm”.

Qeyd edək ki, İrina Şeyk daha əvvəl Hollivud ulduzu Bredli Kuperlə sevgili olub. Onların Lea adlı bir qızı var.