Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
1046 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 53 842 şübhəli koronavirus testindən keçib, onlardan 1178-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 582 nəfər olub, 1015  xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 236 112 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5784 nəfər ölüb.