Pik saatlarda ekspress xətlər üzrə ehtiyat avtobuslar ayrılacaq

Pik saatlarda ekspress xətlər üzrə ehtiyat avtobuslar ayrılacaq
443 dəfə oxunub
  • A-
  • A
  • A+

“Axşam pik saatlarında sərnişin axınını idarə etmək üçün ekspress xətlər üzrə ehtiyat avtobuslar cəlb edilib”.

Axşam.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Facebook”da yazıb.

Onun sözlərinə görə, ehtiyat avtobuslar əsasən ən çox tələbat olan istiqamətlərdə - metronun “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “20 Yanvar” və “İçərişəhər” stansiyaları istiqamətində toplanıb:

"Eyni qaydada səhər pik saatlarında tələbat olan istiqamətlərdə qabaqlayıcı tədbirlər görülür".