Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib.

Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb.

Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Candan qardaşları ilə parti edərkən görüntülənmişdi. Həmin hadisədən sonra Enver sevgilisini tərk etmişdi.



Xəbər lenti