Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 46 249 şübhəli koronavirus testindən keçib, onlardan 1083-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 580 nəfər olub, 994  xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə indiyədək ümumilikdə 234 934 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5765 nəfəri ölüb.



Xəbər lenti