588 nəfər sağaldı - 226 yeni yoluxma

588 nəfər sağaldı -  226 yeni yoluxma
1029 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Axşam.az xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.