Türkiyədə 996 nəfər koronavirusdan sağaldı - 17 xəstə öldü

Türkiyədə 996 nəfər koronavirusdan sağaldı -  17 xəstə öldü
567 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 46 992 şübhəli koronavirus testindən keçib, onlardan 982-nin cavabı pozitiv çıxıb. Bu gün daha 996 xəstə sağalıb.

Türkiyədə indiyədək 230 837 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5691 nəfər ölüb, 214 535 nəfər müalicə olunaraq evə buraxılıb.