Reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı

Reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı
1642 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 31-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 5548 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 266 nəfər reanimasiyada, 68 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 31 878 nəfər virusa yoluxub, 25 882 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 7789 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 724 953 test aparılıb.

Qeyd edək ki, bu gün 318 koronavirusa yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib, 714 nəfər sağalıb.