714 nəfər sağaldı - 7 nəfər vəfat etdi

714 nəfər sağaldı -  7  nəfər vəfat etdi
1879 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda koronavirus infeksiyasına 318  yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Axşam.az xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5548-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.