Axşam.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "7 canlı" verilişində deyib. Sənətçi bayağı adlandırılan mahnılardan söz açıb. Gülay bildirib ki, karantin dövründə həmin müğənnilər gündəmdən uzaqlaşıb.
Müğənni daha sonra anasının ona irad tutmasından bəhs edib. O deyib ki, Sevinc xanım onu efirə tez-tez getməsinə görə qınayıb:
"Bu səviyyəyə gəlib çıxana qədər əziyyət çəkmişik. Bir sıradankeçən ifaçının sözünə görə əziyyətimi yerə vurmaq istəmirəm. İni qurunun oduna yaş da yanır. Həftədə üç dəfə çağırsalar da efirə gedərəm".