Cinsiyyətini dəyişib bədənini 1 milyona sığortalatdı

Cinsiyyətini dəyişib bədənini 1 milyona sığortalatdı
3245 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyada məşhurlaşan braziliyalı Rodriqo Alves Kena gəlinciklərinə oxşamaq üçün plastik əməliyyatlara 500 min funt-sterlinq xərcləyib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi daha sonra adını dəyişib Cessika edib və əməliyyatla qadın olduğunu bildirib. Bu dəfə isə Cessika ana olmaq istədiyini açıqlayıb.

Alves "Kişi olmaq üçün çox çalışdım. Depressiyada idim, günlərlə yataqdan çıxmadım. Xoşbəxt olmadığımı gördüm. Dünyaya nifrət edirdim. düşündüm ki, dəyişiklik etməsəm öləcəm" deyə, o bildirib.

Rodriqe indi pulu, karyerası olduğunu, tək arzusunun övlad olduğunu söyləyib:

"Üç il sonra İspaniyada gözəl evə sahib olma xəyalı qururam. Gözəl bağı olmalıdır. Bağbanlıq edib, övladımı böyütməyi diləyirəm. Məni olduğum kimi qəbul edəcək və sevəcək bir insan arzulayıram".

Alves 16 ildə 70 plastik əməliyyat etdirdiyini deyib. O, bədənini 1 milyon funt-sterlinqə sığorta etdirib. Hər ay isə onun qulluğu üçün 4 min funt-sterlinq xərcləyir.