Ayrıldılar - 1 ay sonra toyları olacaqdı

Ayrıldılar -  1 ay sonra toyları olacaqdı
1863 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Vildan Atasever iş adamı nişanlısı Erkan Akdemirdən ayrılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük uzun müddətdir toy hazırlığına başlamışdı. Onların fikir ayrılığına görə münasibətlərinə son qoyduqları bildirilib.

Daha əvvəl iki dəfə nikah masasına oturan Atasever yenidən eyni sonu yaşamaq istəmədiyini bildirib. "Sonda pis olmaqdansa, başlanğıcında bitsin" deyərək, Vildan toydan imtina edib.

Qeyd edək ki, aktrisa həmkarı Taylan Kılıçla ilk evliliyini 2007-ci ildə bitirib. 2010-cu ildə nikah masasına oturduğu İsmail Hacıoğlundan isə 2015-ci ildə boşanıb.