Nikahı olan Sevda ərinin evinə köçüb?

Nikahı olan Sevda ərinin evinə köçüb?
16616 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva bir müddət əvvəl həkim nişanlısı Zakir Bayramovla rəsmi nikaha girdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşının evinə köçdüyü xəbəri yayılıb. Yahyayeva bunla bağlı "Zaurla Günaydın"da danışıb. O, "Deyirlər, toysuz köçmüsüz onun evinə" sözlərinə belə cavab verib:

"Yox, öz evimdəyəm. Biz toydan sonra o haqda fikirləşirik. Yəqin rəsmi nikaha girdiyimiz üçün belə xəbərlər yayılıb. Amma hələ yox". 

Tanış olmaqlarından bəhs edən Sevda bunları söyləyib:

"Həyatımda böyük bir boşluq var idi. Həyatıma gəldi və özünü olduğu kimi təqdim etdi. Bir ildən çoxdur ki, mənim həyatımdadır. Anlayışlı, mehriban insandır. Məni İnstaqramda izləyirmiş. Sonra tədbirdə görüb. "Zaurla Günaydın" proqramında qonaq olandan sonra isə yazmaq qərarına gəlib".