Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Axşam.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşılan bayram təbrikində deyilir:

“Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”.



                 

Xəbər lenti