Bu gün Qurban bayramıdır

Bu gün Qurban bayramıdır
855 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.

Axşam.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, bu il Qurban bayramı iyulun 31-də və avqustun 1-də qeyd edilir.

Qurban bayramı ilə əlaqədar Azərbaycanda iyulun 31-i (cümə), avqustun 1-i (şənbə), 2-si (bazar) və 3-ü (bazar ertəsi) ardıcıl 4 gün qeyri-iş günüdür.