Türkiyədə 982 nəfər koronavirusdan sağaldı - 15 xəstə öldü

Türkiyədə 982 nəfər koronavirusdan sağaldı -  15 xəstə öldü
420 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 43 236 şübhəli koronavirus testindən keçib, onlardan 967-nin cavabı pozitiv çıxıb. Bu gün daha 982 xəstə sağalıb.

Türkiyədə indiyədək 229 891 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5671 nəfər ölüb, 213 539 nəfər müalicə olunaraq evə buraxılıb.