Prezident “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub - Video+Fotolar+Yenilənib

Prezident “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub -  Video+Fotolar+Yenilənib
857 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

Axşam.az xəbər verir ki, dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

İlham Əliyev 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.

***

İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. İlham Əliyev tədbirdə iştirak edib.

***

Prezident yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

***

İlham Əliyev Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub. Dövlət başçısına təsərrüfat barədə məlumat verilib.

***

Bildirilib ki, 2012-ci ildə Katex və Beretbinə kəndlərində yaradılan “Bal Meyvə” bağçılıq təsərrüfatında 9 növ olmaqla 95 min alma və 4 növdə 3 min armud tingləri əkilib. Bundan əlavə, Beretbinə kəndində 15 hektar ərazidə 5 növdə 6500 gavalı və 2 növdə 2 min nektarin tinglərinin əkildiyi bağlara aqrotexniki, aqrokimyəvi xidmətlər göstərilir və bu bağlarda müasir “damcı” suvarma sistemi qurulub.

Məlumat verilib ki, 2020-ci ilin əvvəlində meyvələrin xüsusi şəraitdə saxlanılması üçün tutumu 1300 ton olan soyuducu anbarın tikintisinə başlanıb və sentyabrda onun istifadəyə verilməsi nəzərdə tutulub. Bağın 6 hektar ərazisində balıqçılıq təsərrüfatı üçün göl yaradılıb və burada 3 növ balıq bəslənilir.

Diqqətə çatdırılıb ki, təsərrüfatda daimi olaraq 80 nəfər işçi çalışır, yığım vaxtı isə 200-dən çox rayon sakini mövsümi işlərə cəlb olunur.

Qeyd edək ki, ötən il təsərrüfatda 1200 ton meyvə istehsal edilib, bu il 1400 ton, 2023-2024-cü illərdə isə 2000 tondan çox meyvə istehsalı nəzərdə tutulub.