“Əllərinə toxunacağım günü düşünərək güc toplayıram” - Ülviyyədən hamiləlik paylaşımı

“Əllərinə toxunacağım günü düşünərək güc toplayıram” -  Ülviyyədən hamiləlik paylaşımı
21178 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün 30 yaşı tamam olan aktrisa Ülviyyə Xəlilbəyli ana olacağını etiraf edib.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa İntsaqram səhifəsində aktyor həyat yoldaşı Murad İsmayılla foto paylaşaraq məlumat verib:

"Doğum günlərimi o qədər də sevmirəm. Çünki hər il etmədiyim işlərimi “birdən çatdırmaram” deyə bir hiss bürüyür canımı. Əlavə olaraq isə 2020 yaxşı başlamadı. Onun ağırlığı da sanki, bir yandan üstümə çöküb. Həssaslıq dönəmimdə hər gün pis xəbərlər oxumaq insanı mənən məhv edir. Buna baxmayaraq, kiçik bir ürək döyüntüsü məni ayaqda saxlayır. Bütün keçirdiyim çətinliklərə onun sayəsində tab gətirirəm. Qucağıma alacağım günü, onun kiçik əllərinə toxunacağım günü düşünərək özümdə güc toplayıram və ən əsası onu mənə bəxş edən Allahıma şükürlər olsun deyirəm. Ona görə də bu doğum günüm mənim üçün özəldi. Mənə görə xoş dualar edən hər bir izləyicimə minnətdaram. Arzusunda olan bütün xanımlara bunları yaşamaq nəsib olsun.

Bu vaxta kimi gözləyib açıqlama verməmişdimsə, bunun da səbəbi var idi. Hörmətlə yanaşan, şəxsimə zorla girməyə cəhd etməyən hər kəsə anlayışından dolayı böyük təşəkkürlərim var”.

Qeyd edək ki, cütlük “Vicdan haqqı” serialının çəkilişləri zamanı tanış olub. Onlar 2018-ci ilin sonlarında ailə həyatı qurublar.