Xəbər verdiyimiz kimi, müğənni İbrahim Borçalının oğlu avtomobil qəzasında dünyasını dəyişib.

Ailənin yaxınlarının Axşam.az-a verdiyi xəbərə görə, Rəhim uzun müddətdir Gürcüstanda qalırmış. İ.Borçalı isə ailəsi ilə Bakıdadır. Hazırda yaxınları, sənət dostları sənətçinin evinə yollanıb. Övladının nəşi isə qaldığı Aşağı Saral kəndinə aparılıb.

Hadisə Marneulidə Şulaveri kəndi yaxınlığında olub. Avtomobildə iki nəfər var imiş. Rəhim qəza zamanı hadisə yerində dünyasını dəyişib. Digər ağır yaralanan sərnişin xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, Rəhimin 22 yaşı olacaqdı. O, türkiyədə təhsil alırdı.

Qəzadan fotolar təqdim edirik.

 
 
 
 


                 

Xəbər lenti