Ombudsman Tovuzda monitorinq aparan zaman ermənilər atəş açıb - Video

Ombudsman Tovuzda monitorinq aparan zaman ermənilər atəş açıb -  Video
1830 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tovuz rayonunda olarkən Ermənistan Silahlı Qüvvələrinə məxsus artilleriya silahlarından atəş açılıb.

Axşam.az Ombudsman Aparatına istinadən xəbər verir ki, insident Səbinə Əliyeva rayonun Ağdam kəndində monitorinq aparan zaman baş verib.