Azərbaycanda 5 ay ərzində 1258 əkiz, 42 üçəm doğulub

Azərbaycanda 5 ay ərzində 1258 əkiz, 42 üçəm doğulub
618 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat öbələri tərəfindən 47206 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4 təşkil edib.

Axşam.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1258-i əkiz, 42-si isə üçəm olub.