Qəbələyə dolu düşüb - Faktiki hava

Qəbələyə dolu düşüb -  Faktiki hava
495 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 15-i saat 17:00-a olan məlumata əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində  Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.