361 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib

361 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib
488 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8644 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 361 nəfər reanimasiyada, 58 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 8217 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 584 466 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxub, 510 nəfər sağalıb, 6 nəfər isə vəfat edib.