Türkiyədə 1049 nəfər koronavirusdan sağaldı - 20 xəstə öldü

Türkiyədə 1049 nəfər koronavirusdan sağaldı -  20 xəstə öldü
350 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 20 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 43 231 şübhəli koronavirus testindən keçib, onlardan 992-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1049 xəstə sağalıb.

Türkiyədə indiyədək 214 993 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5402 nəfər ölüb, 196 720 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir qeyd edib ki, Türkiyədə COVID-19 infeksiyasına yoluxma sayı təkrar mindən aşağı düşüb.