Atasına yas mərasimi keçirən oğul cərimələndi

Atasına yas mərasimi keçirən oğul cərimələndi
1158 dəfə oxunub
  • A-
  • A
  • A+

Mingəçevirdə yas mərasiminin keçirilməsinin qarşısı alınıb.

Axşam.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğu aşkar edilib.

Polis Şöbəsinin əməkdaşları mərasimi başlamadan dayandırıb. Mərhuma yas mərasimi təşkil edən övladı Bakir Eyvazov və bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, barələrində inzibati tənbeh tədbirləri görülüb.

Ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.