Bu gün şəhid olan Elçinin toyu olacaqmış - Video+Fotolar

Bu gün şəhid olan Elçinin toyu olacaqmış -  Video+Fotolar
9332 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən şəhid olmuş müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlunun nəşi Ağstafa rayonuna aparılıb.

Axşam.az xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib. Şəhidi son mənzilə yola salmağa rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri gəlib.

E.Mustafayevin qohumları onun nişanlı olduğunu və toya hazırlaşdıqlarını bildirib.