Türkiyəli aktrisa İrem Sakın pərəstişkarı başına bəla olub.

Axşam.az xəbər verir ki, Kadir Özcoşkun adlı şəxs İnstaqram hesabından mütəmadi olaraq aktrisanı narahat edən ismarıclar göndərirdi.

Aktrisa pərəstişkarının hesabını qara siyahıya atdıqdan sonra həmin şəxs İremin "Whatsapp"ına müxtəlif nömrələrdən yazmağa başlayıb. Narahatlıqdan bezəön İ.Sak məhkəməyə müraciət edib. Hakim 2 ay müddətində K.Özcoşkunun aktrisanın iş yerinə, evinə yaxınlaşmaması və sosial şəbəkə hesablarından narahat etməməsi barədə qərar qəbul edib.

Yeniden eyni hal təkrarlansa, Kadir Özcoşkunun 3 gündən 10 günə kimi həbsi tələb olunacaq.



                 

Xəbər lenti