Türkiyədə 1156 nəfər koronavirusdan sağaldı - 19 xəstə öldü

Türkiyədə 1156 nəfər koronavirusdan sağaldı -  19 xəstə öldü
521 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 46 492 şübhəli koronavirus testindən keçib, onlardan 1008-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1156 xəstə sağalıb.

Türkiyədə indiyədək 214 001 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5382 nəfər ölüb, 195 671 nəfər müalicə olunaraq evə buraxılıb.