356 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib

356 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib
918 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8617 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 356 nəfər reanimasiyada, 58 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 8015 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 576 249 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 529 nəfər koronavirusa yoluxub, 547 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.