Ermənistan Naxçıvan istiqamətində də atəşkəsi pozub

Ermənistan Naxçıvan istiqamətində də atəşkəsi pozub
1302 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub.

Axşam.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.