190 manatla qarpız alıb əzən qardaşlar peşmandır - Video

190 manatla qarpız alıb əzən qardaşlar peşmandır -  Video
3386 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl sosial şəbəkə 190 manatlıq birdəfəlik ödəməni alıb, onu qarpıza xərcləyən qardaşların videosu yayılmışdı.

Axşam.az xəbər verir ki, aldıqları qarpızı ayaqları ilə əzən oğlanlar peşman olduqlarını bildiriblər. Ruslan və Coşqun Quliyevlərin üzr istədikləri videosu sosial şəbəkədə yayılıb:

"Qardaşımla birlikdə 190 manat haqqında bir video çəkmişdim və bu, insanlarda qıcıq yaratmışdı. Sonradan başa düşdüm ki, dövlətin mənə verdiyi ödənişi təyinatı üzrə düzgün istifadə etməmişəm. Bu səbəbdən etdiyim əməldən peşmanam".

Qeyd edək ki, 23 yaşlı Ruslan Quliyev yutuberdir və 260 mindən yuxarı izləyicisi var. O, qardaşı ilə birlikdə onlara verilmiş 190 manatlıq birdəfəlik ödənişə qarpız aldıqdan sonra hamısını qıraraq video çəkib. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.