"Heç 15 gün oğlunu görmədi" - Şəhidin atası

"Heç 15 gün oğlunu görmədi" -  Şəhidin atası
3473 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Tovuz istiqamətində şəhid olan baş əsgər Elşad Məmmədovun atası oğlu ilə bağlı müsahibə verib.

Axşam.az xəbər verir ki, şəhidin atası Dönməz Məmmədov bunları deyib:

"Gənclər mənim oğlum kimi qoçaq olsunlar. Mədəni, mərifətli olsunlar. Dığa-duğanın qabağından da qaçmasınlar.

Oğlum hamıdan hündür, güclü bir oğlan idi. Ondan yadigar 6 aylıq oğul övladı qalıb. O, heç cəmi 15 gün oğlunu görüb qucağına ala bilmədi. Bütün şəhidlərimizə Allah rəhmət eləsin".