"Gələcəkdə "Survivor"dan təklif gəlsə, düşünərəm".

Axşam.az xəbər verir ki, bunu Azərbaycan millisinin karateçisi Rafael Ağayev "Report"un İnstaqram səhifəsində canlı yayım zamanı izləyicilərdən birinin sualına cavab verərkən deyib.

Titullu idmançı bildirib ki, indiki halda şou-biznesə keçməyi planlaşdırmır:

"Pərviz Abdullayev karyerasını başa vururdu deyə ora gedib çıxdı. Çox ağıllı hərəkət etdi. Amma mənim hələ ki, şou-biznesə keçmək fikrim yoxdur. Məni düzgün başa düşün. Bu, Pərvizə söz atmaq deyil. Çünki onunla tonla çörək kəsmişəm, yoldaşlıq edirəm".

Ağayev daha çox karyerasını düşündüyünü söyləyib:

"Mənim olimpiya medalım yoxdur. Ona əlim dəyməyib, bu mükafata acam. Bu gün əsas istəyim həmin medalı qazanmaqdır. Amma karyeramın sonunda təklif olsa, iştirak edərəm. Bundan başqa, Azərbaycan və ya xaricdəm yaxşı film təklifi alsam, gedərəm. Çünki özümü orada görür, hiss edirəm".



                 

Xəbər lenti