Türkiyədə koronavirusla bağlı son vəziyyət necədir?

Türkiyədə koronavirusla bağlı son vəziyyət necədir?
2254 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son gündə koronavirusdan 21 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 344 nəfərə çatıb.

Son sutkada qonşu ölkədə COVID-19-a 1 016 yoluxma qeydə alınıb. Hazırda Türkiyədə koronavirusa yoluxma hallarının sayı 211 981-dir.

Bu gün 1 344 pasiyent sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə koronavirusdan sağalan pasiyentlərin sayı 193 217 nəfərə çatıb.