Oğluyla birlikdə qayıqla göl gəzintisinə çıxan aktrisa Naya Rivera itkin düşüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin axtarışı üç gündən çoxdur davam edir. Tək qalan və "Anam gölə atdandı və geri qayıtmadı" deyən Cosey atası Ryan Dorseyə təslim edilib.

Məsələylə məşğul olan polis dəstəsi aktrisanın tapıla bilməyəcəyini elan edib. Naya sonuncu dəfə sosial şəbəkədə oğlu ilə yayımladığı fotoya "Sadəcə, biz ikimiz" şərhini yazıb.

Mükafatlar alan "Glee" serialındakı Santana Lopez obrazı ilə məşhurlaşan Rivera övladı ilə Ventura bölgəsindəki Piru Gölünə gedib. Saatlar sonra Cosey başqa bir qayıq gəzintisinə çıxanlar tərəfindən yatılı formada tapılıb. Hələ də Rivera ilə bağlı heç bir iz tapılmayıb. Hava və su yolu ilə 100 insanın axtarış aparmasına baxmayaraq heç bir nəticə əldə olunmayıb.

 



                 

Xəbər lenti