343 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib

343 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib
739 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8605 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 343 nəfər reanimasiyada, 48 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 7576 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 552 311 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxub, 502 nəfər sağalıb, 8 nəfər isə vəfat edib.