Türkiyədə 1493 nəfər koronavirusdan sağaldı - 23 xəstə öldü

Türkiyədə 1493 nəfər koronavirusdan sağaldı -  23 xəstə öldü
551 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 210 min 965 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 23 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1003 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5323 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1493 nəfər təşkil edir.