“Artıq insanlarımız qaydalara daha ciddi şəkildə riayət edir. Nə qədər həkimlər çalışsa da, qayda-qanun qoyulsa da, biz hamımız əlbir olmasaq, bu xəstəliyə qalib gələ bilmərik”.

Axşam.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, son vaxtlar çoxsaylı müraciətlər olur ki, şəhərdə qalanlar yay mövsümündə əziyyət çəkirlər:

“Müraciətlər çox olur ki, hansısa şərtlər altında rayonlara getməyə icazələr verilsin. Tarix boyu epidemiyalarla mübarizədə birinci silah karantin olub. Təəssüf ki, hansı xəstəliyin müalicəsində xüsusi olaraq bir peyvənd yoxdursa, bu zaman tək çarə karantindir. Xəstəliyin inkubasiya dövrü 14 gün olduğu üçün özünü sağlam hiss edən şəxs rayona virus apara və ya özü ilə gətirə bilər. Bu səbəbdən epidemianın yayılma sürətindən asılı olaraq belə bir qərarlar alına bilər”.



                 

Xəbər lenti