“Yoluxma sayı ilə sağalanların sayı ilk dəfədir ki, eyniləşib”.

Axşam.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, biz bu gün sabitləşmə ilə üz-üzəyik:

“Sağalanlarla yoluxanlar arasında kəskin fərq azalmağa doğru gedir. Ehtiyatla da olsa deyə bilərəm ki, bəlli sabitləşməyə nail olmuşuq. Buna vətəndaşların qaydalara əməl etməsi nəticəsində nail olmuşuq. İnsanlar ciddi şəkildə qaydalara riayət edirlər”.



                 

Xəbər lenti