Xalq artisti Nəzakət Teymurova "Evdəkilərə salam" proqramını evində qonaq edib.

Axşam.az xəbər verir ki, xanəndə uzun müddətdir bağda qaldığını deyib. O bildirib ki, karantin günlərində vaxtını bağında keçirib:

"Ömür boyu bağda bu qədər uzun müddət qalmamışdım. Daha çox şəhərdə qalıram. Amma indi buradayam".

Çəkiliş N.Teymurovanın ad günü ərəfəsində aparılıb. Muğam ifaçısı böyük məclis keçirməyi sevmədiyini söyləyib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                 

Xəbər lenti