Türkiyədə 2879 nəfər koronavirusdan sağaldı - 18 xəstə öldü

Türkiyədə 2879 nəfər koronavirusdan sağaldı -  18 xəstə öldü
423 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 209 min 962 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 18 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1024 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5300 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 2879 nəfər təşkil edir.